Olay
Olay

“Ən uğursuz layihəm “Kösem”dir” – Beren Saatdan etiraf

“Ən uğursuz layihəm “Kösem”dir” – Beren Saatdan etiraf

Dünyaca məşhur türkiyəli aktrisa Beren Saat “Orada rahatmısın?” layihəsində “Muhteşem Yüzyıl: Kösem” serialındakı obrazından söz açıb.

OLAY yazır ki, o, layihədən hansı səbəbdən getməsini açıqlayıb:

“Aktyorluq idmançı olmaq kimidir. Mental və fiziki olaraq onlar kimi olmaq lazımdır. Mənim TV-də son dəfə yer aldığım layihə “Muhteşem Yüzyıl: Kösem”dir. Ümumi nəzər yetirəndə ən uğursuz layihəmdir.

Təbii ki, bütün qəbahət məndə deyildi. Yenə də oynadığım üçün çox xoşbəxtəm, o da mənim üçün inanılmaz bir kəşf dövrü idi. Ancaq düşünürəm ki, mənim üçün “artıq yetər” deməyim üçün elə bir layihə lazım imiş. Çünki əsas müəllimlərimiz uğursuzluqlarımızdır. Uğurlu bir layihədə hamı səni çox alqışlayır, “istedadlı” deyirlər, “ulduz” deyirlər. Bu, çox önəmlidir. Yaxşı ki, “Kösem” əksinə oldu...

Timur Savcı ( TimS prodakşnın rəhbəri – red.) dedi ki, özünü yaxşı hiss etmirsənsə, serialdan ayrıla bilərsən. Ordan sonra qərar verdim ki, mən bir də belə yuxusuz, yorğun olmalı deyiləm. O serialda ağlamağın 500 çaları var idi. Ən son Kösəm oğlunun cənazəsinin başında idi. Necə oynayacağımı bilmədim.

“Youtube”da şəhid analarının ağlama videolarını axtardım. Kösemin üzünü cırdığı səhnəni də oradan kopyaladım. Çəkilişlərdə bir nöqtədən sonra çox depressiv və yuxusuz olduğumu gördüm. Dedim ki, mənim buradakı missiyam bitdi. Oradan sonra da sənət fəaliyyətimdə bütün axın dəyişdi”.

Qeyd edək ki, “Muhteşem Yüzyıl: Kösem” 2015-2017-ci illərdə yayımlanıb. Beren Saat serialın 1-ci sezonun 23 bölümündə yer alıb.