Aktrisa Ülviyyə Xəlilbəylinin instaqramda paylaşdığı foto müzakirə yaradıb.
OLAY yazır ki, onun açıq havada çəkdirdiyi selfi izləyicilər tərəfindən tənqid olunub. Buna səbəb Ülviyyənin həddindən artıq kosmetoloji prosedurlara əl atması iddiası olub.
Xəlilbəyli hekayədə sözügedən şəklini paylaşaraq onu tənqid edənlərə cavab verib:
“Əvvəlki həssas Ülviyyə yoxdur. Nə istəyirsizsə, düşünün və yazın. Vecimə deyil. Bir azdan şəklimlə kosmetoloqlara, plastik cərrahlara gedəcəksiz. Həmişəki kimi! Əksəriyyətindən xəbərim var. Sizin zənn etdiyiniz qədər süniliyə can atıb üzümü dolduranlardan deyiləm. Yəni, canımın və dərimin qədrini bilirəm. Siz atın, tutun, ürəyiniz nə istəyirsə, yazın. Bu qədər dərdimi çəkən var, mənə nə lazımdır? Zamanımı gözləyirəm, məqamdı çatanda mazımi açıqlamanı verəcəm”.