“Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva yeni fotosessiya etdirib.
OLAY yazır ki, iş xanımı mərhum azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin ev muzeyində kamera qarşısına keçib.
Yeni görüntülərini paylaşan R. Əliyeva bu sözləri yazıb:
“Mənim bu ev muzeyinə maraq göstərməyimin səbəblərindən biri də Tağıyevin xanımı, ziyalı qadın Sona Tağıyeva ilə bağlıdır. Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona Ərəblinskaya Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz həyat yoldaşı Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir xeyriyyəçidir. Onun əməlləri sadalamaqla bitməz. Sona xanım və onun timsalında bütün ziyalı xanımlar mənim üçün dəyərlidir, əzizdir. Bu çəkilişimizi də bir növ Sona xanıma sevgimdən etdim”.