Aparıcı Leyla Quliyeva İnstaqram paylaşımı ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi yazdığı fikirlərlə diqqət çəkib.
“Daxili hüzurunuzu pozan nə varsa, atın getsin! Ola bilər ki, kiminləsə sözünüz çəp gəlsin, baxışlarınız üst-üstə düşməsin. Bu, o demək deyil ki, o adam pisdir. Sadəcə sizin adam deyil. Mənəviyyat, xasiyyət konflikti var arada. Uzaqlaşın, yolunuzu dəyişin. Unutmayın, lazımsız mübahisələr sizin karmanızı zədələyir. Karmanızdan muğayat olun”, - deyə, Leyla bildirib.