Fotosessiya
Fotosessiya

Coninin məhkəməsi satışları artırdı

Coninin məhkəməsi satışları artırdı

Coni-Amber məhkəməsindən sonra “Dior Sauvage”a tələb artdı

Dünyaca məşhur aktyor Coni Depp keçmiş həyat yoldaşı Amber Hördlə məhkəməsi boyunca “Dior Sauvage”un siması olaraq qaldı.

OLAY yazır ki, məhkəməyə başlayandan sonra yalnız bir ayda parfümə tələb 48% artıb. Martda ətirlə bağlı 823 min, apreldə isə 1,2 milyon axtarış olub.

“TikTok”da isə görüntülənmə sayı 63% artaraq 209 milyon izlənmə toplayıb. Axtarışların artması “Sauvage”ı dünyanın ən populyar ikinci parfümü edib.

Qeyd edək ki, Coni 2015-ci ildən brendin simasıdır.