Türkiyədə iki gündür müzakirə olunan Mükremin Gezgini müğənni Edis müdafiə edib.
OLAY yazır ki, o, sosial şəbəkələrdə Mükremini qınayanlar haqda paylaşım edib.
Edis deyib ki, bu məsələnin niyə belə ciddiyə alındığını anlamır:
“Qadın rolunu oynayan kişi aktyorlar qədər uğurlu TikToker gənci nədə ittiham etdiyinizi anlamıram. Bu bir şoudur. Ki, LGBTQ+ üzvləri analıq, atalıq etmirlər? Reaksiyanız nəyədir, biz anladıq da. Sizə homofobik, ayrıseçkilik mövzuları ilə üzləşmək lazımdır. Üstəlik Tvitterdə bunu aylardır gülürlər. Mənasız bir zarafatdır. Niyə hər şeyi bu qədər ciddiyə alırsınız? İnsanların əyləndiyi bir mövzunu ideologiyalarla əlaqələndirib əhval pozursunuz. Danışılacaq o qədər mövzu olduğu halda”.
Qeyd edək ki, Mükremin adlı kişi TikToker aylardır hamilə olduğunu söyləyir. Bununla populyarlaşan fenomen ötən gün isə uşağını dünyaya gətirdiyini bildirib. Bir körpə ilə fotosunu paylaşan Mükremin tənqid olunub.