Fotosessiya
Fotosessiya

Ölən bibisindən yazdı - “Mənlə nəfəs alanım”

Ölən bibisindən yazdı - “Mənlə nəfəs alanım”

Aparıcı Lalə Azərtaş dünyasını dəyişən bibisi ilə bağlı paylaşım edib.

OLAY yazır ki, TV ulduzu bibisi ilə fotosunu paylaşaraq onun ölümündən kədərləndiyini qeyd edib:

“Laləsi, can bibisi". Mən bu sözlər üçün çox darıxacam, hətta artıq darıxıram. Böyük bir boşluq… Fərqli sükut… Boğuq bir ruh hakimdir mənə… Böyük bibim, əziz, ən sevimli bibim Mirzadə xanım… Bir gün gələn, bir gün gedər fikrini dərk edəcək qədər böyüsək də, sənin gedişinlə barışmaq çətindi. Yenə də Allahın məsləhəti. Allah sənə rəhmət etsin. Ruhun şad olsun.

TV-yə gəlişimə ilk həvəs yaradan, müsabiqədən keçməyim üçün şeirlər öyrədən, 20 ildir heç bir verilişimi buraxmayan, mənlə nəfəs alanım. Allahım möhlət verərsə, söz verirəm, istəklərini dogruldacam. Sən isə məni göylərdən izləyib dualarınla qoruyacaqsan, uğurlarıma ruhunu şad edəcəksən bilirəm. Çünki sənin mənə olan bibi sevgini iliyimə qədər hiss edirdim. Və mən də səni hədsiz sevirdim. Son nəfəsimə qədər də sevəcəm”.