Fotosessiya
Fotosessiya

Bəstəkar başından zədə alıb, xəstəxanadadır

Bəstəkar başından zədə alıb, xəstəxanadadır

İtlərin hücumuna məruz qaldığı deyilən nəğməkar-şair Cəlal Qurbanovun vəziyyəti stabilləşib.

OLAY-ın əldə etdiyi məlumata görə, itlər Cəlal Qurbanova yox, onun üzərində olduğu ata hücum edib. Bu zaman o, zərblə yerə çırpılıb və başından zədə alıb.

Reanimasiyaya yerləşdirildiyi bildirilən Qurbanov ayılıb, hazırda vəziyyəti orta stabildir.

Qeyd edək ki, hadisə səhər saatlarında Novxanıda baş verib. Bu barədə ilk məlumatı “Qafqazinfo” yayıb.