Bu il 75-ci dəfə təşkil edilən Kann Film Festivalı məşhur adların qırmızı xalıdakı çıxışları ilə dəbə ev sahibliyi etməyə davam edir.
OLAY yazır ki, məşhur model Bella Hadidin də libası dünya gündəmində yer alıb. Belə ki, model Fransa istehsalı olan “The İnnocent” filminin qalasına qatılıb.
25 yaşlı Hadid bədən cizgilərini üzə çıxaran “Versace” imzalı libas geyinib. 1987-ci ildə Gianni Versace tərəfindən dizayn edilən bu vintaj libas belindəki naxışlı detalı ilə zərif görünüşə sahib olub.