Fotosessiya
Fotosessiya

Türk aktyorlar qazilərlə görüşdü

Türk aktyorlar qazilərlə görüşdü

Türkiyənin məşhur aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Yasin rolu ilə yadda qalmış Ertuğrul Şakar, “Eslem Film”in rəhbəri Metin Yücel və prodüser Yalçın Çoban Azərbaycana gəlib.  

OLAY yazır ki,  aktyor Ertuğrul Şakar və Metin Yücel Bakıda  qazilərimizlə görüşüb. 

İkinci Qarabağ müharibəsi qaziləri ilə bir araya gələn Ertoğrul Şakar və Metin Yücel duyğusal anlar yaşayıblar. Onlar söhbət zamanı şəhid və qazilərə həsr olunan möhtəşəm bir film ərsəyə gətirmək planlarından bəhs ediblər.

Qazilər Ərtoğrul Şakar və Metin Yucelə çəkəcəkləri belə bir əhəmiyyətli filmlə tarixə önəmli əsər qoyduqları üçün təşəkkür ediblər. Onlar bildiriblər ki, qardaşlığımız heç bir zaman unudulmasın və hər zaman da davam etsin.