Türkiyənin iki məşhur aktrisası Demet Evgar və Melis Birkanın ötən gün toyu olub.
OLAY yazır ki, Melis öz həmkarı olan Aras Aydın ilə ailə qurub.
Demet isə bir müddət əvvəl ailə arasındakı məclisdə nikah bağladığı, dünyaya gələcək olan övladının atası Levent Babataş ilə toy edib.
İki aktrisanın də toy məclisindən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xüsusilə də Melis və Aras cütlüyünün rəqsləri diqqət çəkib.
Qeyd edək ki, D. Evgar 6 aylıq hamilədir.