Ötən ay ata olan aktyor Kıvanc Tatlıtuğ xanımı ilə bağlı açıqlamalar verib.
OLAY yazır ki, atalığı hələ xanımı Başak Dizer hamilə olduğu zamanlardan hiss etdiyini söyləyib:
“Dünyanın ən gözəl hissidir. Bəzən deyirlər ki, kişilər uşaq dünyaya gəlmədən atalığı hiss etmir. Məndə tamam əksi oldu. Hiss edirdim ki, Başakın qarnı böyüyür. Necə o duyğunu yaşaya bilmərəm? Onun yaşadığı sıxıntıları da duyurdum”.
Qeyd edək ki, cütlüyün Kurt Efe adında oğlan övladı var.