Türkiyəli müğənni Cenk Erenin növbəti açıqlaması müzakirə yaradıb.
OLAY yazır ki, o, məscidlərin tikilməsi ilə bağlı paylaşım edib.
“100 milyon dollara məscid tikib orada kasıblar üçün dua edirik. 10 milyon dollara məscid inşa etdirib, yerdə qalan 90 milyon dolları kasıblara xərcləyə bilmərik? Bilirəm ki, bu sözlərə görə başım ağrıyacaq və linç ediləcəyəm. Mən sadəcə fikrimi bildirmək istədim”, - deyə Cenk bildirib.