Çempionlar liqasında çıxış edəcək müğənninin adı bəlli olub.
OLAY yazır ki, UEFA-nın səhnəsində bu dəfə Kamilla Kabello yer alacaq.
Qeyd edək ki, Kamilla 2012-ci ildə “X factor” yarışmasında önə çıxıb. “Senorita”, “Bam-bam”, “Havan” adlı hitləri ilə də daha da məşhurlaşıb.
Sənətçi müğənni Şon Mendeslə olan sevgi münasibətilə də maqazin gündəmindən düşməyib.