Rusiyanın populyar blogeri Nekoqlayın Moskvanın mərkəzindəki evi qarət edilib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat verib. Bloger Dağıstanda olduğunu, bu səbəbdən polisə onun menecerinin ifadə verdiyini bildirib.
Nekoqlayın seyfindən 50 min dollar oğurlandığı qeyd edilib.