Fotosessiya
Fotosessiya

Can Yaman İtalyada mükafat aldı

Can Yaman İtalyada mükafat aldı

“Bay yanlış” serialından sonra karyerasını İtaliyada davam etdirən Can Yaman Monte Karlo Film Festivalında mükafat alıb.

OLAY yazır ki, tezliklə Disney Plus-da yayımlanacaq “El Turco” serialında rol alacaq aktyor bu dəfə sosial yardım layihələri ilə adından söz etdirib.

Çətin vəziyyətdə olan uşaqlara kömək etmək üçün qurduğu “Can Yaman for Children” adlı dərnək ilə çoxsaylı layihələrə imza atan aktyor festivalda sosial yardım mükafatını qazanıb.

O, xoşbəxtliyini sosial media hesabında izləyiciləri ilə bölüşərək “Monte Karlo-da çox gözəl insanlarla əla vaxt keçirdim. Yaxşı motivasiya ilə başladığım təşəbbüsə görə mükafatlandırıldığım üçün fəxr edirəm”,- deyə qeyd edib.