Fotosessiya
Fotosessiya

“İzdivac baş tutmadı”

“İzdivac baş tutmadı”

Müğənni-bəstəkar Murad Arifin Niyam Salami və Aynur Dadaşovanın evlilik xəbərini oyun adlandırmasına qarşı tərəf münasibət bildirib.

Məsələ ilə bağlı Salaminin köməkçisi OLAY-a deyib ki, bu açıqlamaya cavab vermək istəmirlər:

“Hərə durub bir söz deyəcək, biz hər dəqiqə onlara cavab verməyəcəyik ki? Kim necə yanaşırsa, elə də görsün. Hər kəs özünə uyğun görür və şərh edir. Bu da onların işidir. Bizim üçün bir sıxıntı yoxdur. Niyam bəy məsələyə qarışsa, söhbət başqa yerə gedib çıxacaq. Biz bu məsələdə çox ciddi idik. Sonra Aynur xanım açıqlama verdi. Ümumiyyətlə bu izdivac nə toy, nə də şou kimi alındı.

Çox yaxşı bir şey olacaqdı. Qismət olmadı. Sevgi münasibətləri var idi. İndi münasibətləri normaldır, dünən bizim restoranda Aynur xanım səhnədə idi, bərabər duet oxudular. Lakin hələ ikisi bir araya gəlib bu məsələ haqda danışmayıblar”.