Cənubi Koreyanın dünyaca məşhur BTS qrupunun vokalçılarından olan Park Ji-min (Jimin) ödəmədiyi sağlamlıq sığortası pulu səbəbindən evi girov götürülüb.
OLAY yazır ki, Milli Sağlamlıq Sığorta Xidməti dörd girov xəbərdarlığından sonra yanvarın 25-də onun Seuldakı mənzilini müsadirə edib.
BTS-in bağlı olduğu əyləncə şirkəti Big Hit-dən verilən açıqlamaya görə, Ji-min borclardan xəbərsiz olub:
“BTS keçən ilin sonunda başlayan xaricdəki fəaliyyətinə görə gecikdirilən mükafatlar, uzun istirahət müddəti və bundan sonra planlaşdırdığı işlər səbəbindən məsələdən xəbərsiz idi. Ji-min bunu bilən kimi borclarını tam ödəyib və indi problem həll olunub”.