Fotosessiya
Fotosessiya

“Atam yaxşı insan olsa da, pis ər idi”

“Atam yaxşı insan olsa da, pis ər idi”

Məşhur müğənni Merve Özbey Armağan Çağlayanın “YouTube”da yayımlanan “Dur bi Dinle” proqramının qonağı olub.

OLAY yazır ki, təxminən bir il yarım əvvəl itirdiyi atasından danışan Özbey dedikləri ilə hər kəsi kövrəldib.

O, uşaq ikən atasının onunla görüşmədiyini açıqlayıb. İfaçı atasının yaxşı insan, amma pis ər olduğunu söyləyib.

“Yaşadıqlarımız asan deyildi. Atama zəng edirdim, cavab vermirdi. Gəlmək istədiyimi deyəndə bəhanə tapdı. Amma ona hörmətsizlik etmədim. Deyəsən, məsuliyyətdə qaçırdı”,- deyə Merve vurğulayıb.