Əməkdar artist Elton Hüseynəliyevin rəsmi instaqram hesabı haker hücumuna məruz qalıb.
OLAY yazır ki, bu barədə sənətçinin xanımı Tamilla Hüseynəliyeva məlumat yayıb. O, həyat yoldaşı ilə fotosunu paylaşaraq “Eltonun səhifəsinin qayıtmağını gözləyirik”, - şərhini yazıb.
Qeyd edək ki, müğənninin instaqramdakı səhifəsində 300 minə yaxın izləyici var idi.