Müğənni Özay Bakır Seren Serengil və keçmiş həyat yoldaşı Yaşar İpekə məhkəmədə qalib gəlib.
OLAY yazır ki, Ö. Bakırı ölümlə hədələyib təhqir etdiyi iddia edilən iki şəxsin mühakimə olunduğu işdə məhkəmə Serengilə 3700 lirə, İpekə isə 3 ay həbs cəzası verib.
Qeyd edək ki, Özay bir müddət əvvəl Seren Serengillə videosunu sosial şəbəkədə paylaşmış, tərəflər arasında qalmaqal yaranmışdı.