1986-cı il Dünya Çempionatında Dieqo Maradonanın geyindiyi “Allahın əli” adlı forması hərracda satılacaq.
OLAY yazır ki, geyim 4 milyon sterlinqə (təxminən 10 milyon manat) bazarlanacaq.
Bu köynəyi əfsanəvi futbolçuyla forma dəyişdirən ingilis həmkarı Stiv Hodc satır.
“The Hand of God” formasının futbol dünyası, Argentina və İngiltərə xalqı üçün dərin mədəni mənası var. Əminəm ki, onun yeni sahibi dünyanın ən məşhur futbol formasına sahib olmaqdan qürur duyacaq”,- deyə Hodc bildirib.