“Yargı” serialındakı performansı ilə gündəmdən düşməyən Pınar Deniz “L Officiel” jurnalının yutub kanalına müsahibə verib.
OLAY yazır ki, Deniz ərəb əsilli olduğunu və məktəb illərinə qədər türkcə danışa bilmədiyini etiraf edib.
“İbtidai sinifə başlayana qədər ərəbcə danışırdım. Anama “mama” deyirdim. Ona “ana” deyə səslənə bilməzdim. Dostlarımdan seçilməmək üçün onu həyətdən çağırmırdım. Beşinci mərtəbədiki evimizə gedirdim”,- deyə Pınar vurğulayıb.