Məşhur britaniyalı aktrisa və model Sienna Miller gələcəkdə yenidən ana olmağı üçün yumurta hüceyrələrini dondurub.
OLAY yazır ki, 40 yaşlı aktrisa bu barədə “Elle” jurnalına müsahibəsində deyib. O, cəmiyyət tərəfindən daha bir uşaq dünyaya gətirmək üçün təzyiq gördüyünü qeyd edib və bu səbəbdən belə addım atıb.
Qeyd edək ki, Millerin keçmiş sevgilisi Tom Starriclə münasibətindən 9 yaşlı Marlou adlı qızı var.