Türkiyəli model və aktrisa Deniz Akkaya ilə bir avtomobil kirayə şirkəti arasında problem yaranıb.
OLAY yazır ki, sözügedən obyektdən maşın icarəyə götürən Denizin avtomobilində nöqsan ortaya çıxıb.
Əvvəlcə maşının siqnalının çalışmadığını deyən model yeni maşın tələb edib. Akkayanın iddialarını yalanlayan şirkət onun borclu olduğunu deyib, 8 günlük kirayə haqqını ödəməməkdə ittiham edib.
Bildirilib ki, gündəlik 1650 lirəlik ödəniş yığılaraq 13 min 200 lirə olub.