Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan növbəti açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, xəyallarından danışan sənətçi həyatı boyu metroya minmədiyini deyib.
“Ürəyim istədiyi kimi İstanbulu gəzmək istəyirəm. Kapalıçarşıya, Tahtakaleyə, bazara, Qalataya getməyi arzulayıram. Uzun müddətdir bu yerlərə gedə bilmirəm. Metroya heç minməmişəm. Bu da ürəyimdə bir nöqtə kimi qalıb”.
Pekkan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirlərinə qatıldığı üçün zaman-zaman edilən tənqidlərə cavab verib.
“Həqiqətən niyə tənqid olunduğumuzu anlamıram. Prezidentimiz bütün xalqımızın seçdiyi şəxsdir və bizim hamımızın başçısıdır. Axı o, ayrı-ayrı şəxsləri yox, ölkəmizi təmsil edir. Prezidentimiz, dövlətimiz məni hər hansı tədbirə dəvət edəndə, təbii ki, imkanım daxilində iştirak edirəm. Bu baxımdan sosial şəbəkələrdə belə tənqidlərə əhəmiyyət vermirəm. Zərər çəkmədiyim yerə gedirəm. Mənim üçün önəmli olan budur”, - deyə Ajda bildirib.