Fotosessiya
Fotosessiya

Lobodanın instaqramı bloklandı

Lobodanın instaqramı bloklandı

Ukraynanın Əməkdar artisti Svetlana Loboda telegram kanalında İnstaqram səhifəsinin bloklandığını bildirib.

OLAY yazır ki, pərəstişkarlarına müraciət edən müğənni hər kəs üçün çətin günlər olduğunu qeyd edir və bunları vurğulayır: “Bu gün Ukraynada müharibə gedir, hər bir insanın daxilində də müharibə gedir. Müharibə ən vacib şeyi odur ki, insanların həyatını alır. Amma insanlığımızı itirməməliyik, çünki sevgi ölümə qalib gəlir”.

İfaçı hər zaman orada olacağını, əlindən gələni edəcəyini, lazım olan yerdə köməklik göstərəcəyini bəyan edir: “Bunun nə qədər çətin olduğunu bilirəm. Biz bilinməyənlərlə, çoxları evlərimizi və yaxınlarımızı itirməklə üzləşməli olduq. Və bu dəhşətli zamanda, həmişəkindən daha çox özümüzə olan inamı saxlamalıyıq.

Dəstəyinizə görə sizə minnətdaram və bilmənizi istəyirəm ki, həyatımın hər dəqiqəsi sizi xatırlayıram və bilirəm ki, qarşıda bizi daha çox xoşbəxt günlər gözləyir”.