Türkiyənin tanınmış cütlüyü Safiye Soyman və Faik Öztürklə bağlı qalmaqallı iddia irəli sürülüb.
OLAY yazır ki, “Söylemezsem olmaz” proqramında səsləndirilən fikirlərə görə, Öztürk sarışın bir xanımla Safiyeni aldadıb. Faikin özü verilişə qoşularaq bunun bir oyun olduğunu söyləyib.
“Həmin görüntüləri çəkən müxbir məndən pul istədi. Mən o qadını da tanımıram. Onlar razılaşıb, tapıblar. Məndən də pul istədilər. Mesajları da var. Beyaz TV-nin müxbiri qadına Faikin yanından keçəndə onu qucaqla, öp, deyib”, - deyə Faik bildirib.
Bundan sonra, aparıcı Bircan Bali qəzəblənərək onları ittiham etdiyini söyləyib. Öztürk isə fikirlərini müdafiə edib.