Türkiyəli müğənni Alişan sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
OLAY yazır ki, o, istifadəçilərdən birinin “Ananızın və xanımınızın arası düzəldimi” sualına “Nəsə yazırlar! Nə deyim” reaksiyasını verib.
Həmçinin, müğənni “Onlar barışıblarmı” sualına qəzəblənib.
Sənətçi “Ailə məsələmə heç kim qarışmamalıdır. Bu kimsəyə aid deyil. Həmin söhbətlər məni bezdirdi, bəsdirin”, - deyə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Alişanın xanımı Buse Varol ilə anası arasında küsülülük olduğu iddia edilmişdi. İfaçının anası gəlinini evində nəvəsi Elizin ad günü üçün hazırladığı məclisə çağırmamışdı. Hətta cütlüyün boşanacağı söylənilirdi.