Türkiyəli müğənni Serdar Ortaç ötən günlərdə Tarkanın "Geççek" mahnısını tənqid etmişdi.
OLAY yazır ki, sənətçi ona ünvanlanan "Tarkan fanatlarının sizə sərt reaksiya verməsinin səbəbi 90-cı illərdəki rəqabətinizdir" sualına verdiyi cavabla diqqət çəkib.
"Heç bir əlaqəsi yoxdur. Mən hər dönəm popun kralıyam. Hələ də elə olduğunu düşünürəm", - deyə, Serdar bildirib.