Türkiyənin meqa ulduzu Tarkanın bir neçə gün bundan əvvəl təqdim etdiyi “Geççek” mahnısı barədə Televiziya və Radio Şurasına (RTÜK) şikayətlər daxil olub.
OLAY yazır ki, quruma müraciətlərin bəstənin sözlərinə görə olduğu vurğulanıb. Qeyd olunub ki, şikayətlərin sayı artarsa, mahnı ya televiziyalarda göstərilməyək, ya da sözləri dəyişdiriləcək.
Orijinal versiya isə təkcə internet platformalarında təqdim olunacaq.