Fotosessiya
Fotosessiya

“İki müharibə, bir pandemiya görmüş qızım”

“İki müharibə, bir pandemiya görmüş qızım”

Məşhur aparıcı İlkin Həsəni qızı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, övladının fotosunu paylaşan  İlkin övladının ad günü olduğunu bildirib.

“Deyirdiniz, qız övladı möcüzədir, qız atası olmaq fərqlilikdir və s. Bəli, düz deyirdiniz. 2018-in sevimli martında mənim də bir möcüzəm oldu, məni fərqli etdi. Düz 4 ildir ki, mənim də dırnaqlarıma boya çəkilir, saçlarıma rəngli sancaqlar taxılır, maşında oturacaqların altından balaca  oyuncaqlar çıxır. Bu 4 il ərzində o qədər hadisələr, dəyişikliklər, itkilər oldu ki, saymaqla bitməz. Arzum budur ki, növbəti illər sənin və bütün balalar üçün xoşbəxtliklə dolu olsun. Doğum günün mübarək olsun, bu 4 ildə 2 müharibə və 1 pandemiya görmüş gözəl qızım”.