Ukraynanın Xalq artisti Ani Lorak son illər yaşadığı Rusiyanı tərk edib.
OLAY yazır ki, 10 gündür sosial şəbəkədəki hesablarında paylaşım etməyən, oktyabradək planlaşdırılan konsertlərini ləğv edən ifaçı ölkədən getmək qərarına gəlib.
Ukraynanın “Seqodnya” nəşrinin məlumatına görə, müğənni BƏƏ-dədir.
Xatırladaq ki, müğənni bir müddət əvvəl instaqram sosial şəbəkəsində Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım etmiş və ürəyinin bu dəhşətdən əziyyət çəkənlərin hər birinin yanında olduğunu vurğulamışdı.