“Təbii ki, indi emosiyaların öhdəsindən gəlməkdə çətinlik çəkirəm. Bu an bütün fikirlərim körpəmin sağlamlığı və təhlükəsizliyimizlə bağlıdır”.
OLAY yazır ki, bu sözləri Ukraynanın pop ulduzu Maruv instaqram hesabında yazıb. Ana olmağa hazırlaşan müğənni konsertlərini təxirə saldığını açıqlayıb:
“Nəzərinizə çatdırmaq istəyirəm ki, qarşıdan gələn bütün konsertlər, təbii ki, ləğv edilir. Mən də bu çətin zamanda tamamilə hər kəsi öz vicdanına uyğun hərəkət etməyə və sağlam düşüncəni qorumağa çağırmaq istəyirəm.
Rus əsgərləri düşünür! İnsan tələfatı bir yana qalsın, hərbi əməliyyatlar insanları daha yaxşı və ya xoşbəxt etməyəcək. Bütün anaların diri oğullara, uşaqların atalara, xanımların isə ərinə ehtiyacı var”.