Fotosessiya
Fotosessiya

Geyim qalmaqalına o da qoşuldu

Geyim qalmaqalına o da qoşuldu

Türkiyə şou-biznesində bir müddətdir davam edən səhnə geyimi qalmaqalına müğənni Selda Bağcan da qoşulub.

OLAY yazır ki, o, gənc həmkarlarını açıq-saçıq libaslar seçdikləri üçün tənqid edib.

“Məşhurların səhnə geyimləri qorxuncdur. Biz bu günə necə gəldik?! Həyatım boyu səhnədə qapalı paltarlar geyinmişəm. Onların da seçimi odur. Amma mən düzgün qəbul etmirəm. Çimərlik geyimi ilə məni yalnız dənizdə görə bilərsiniz”,- deyə Bağcan bildirib.

Qeyd edək ki, bu günə qədər ən çox Gülşen və Hande Yener səhnə geyimlərinə görə tənqid olunub. Onlara İzzet Yıldızhan, Orhan Gencebay, Işın Karaca və başqa həmkarları irad bildirib.