Devid və Viktoria Bekhem ukraynalı uşaqlara yardım kampaniyasına start verib.
OLAY yazır ki, dünyaca məşhur cütlük Ukraynadakı döyüşlər zamanı əziyyət çəkən ukraynalı azyaşlılara görə pul toplamağa başlayıb.
David instaqram sosial şəbəkəsində UNİCEF Xeyriyyə Fondu ilə ianə toplama təşəbbüsü etdiyini açıqlayıb:
“Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olurlar. Ailələr ayrılır. Yataqlarından götürülən uşaqlar bir gecədə qaçqın olurlar. Ukraynada münaqişənin ikinci həftəsi davam etdiyi üçün ailələrin ehtiyacları artır”.
Devid Bekhem hazırda 7,5 milyon uşağın təhlükə altında olduğunu qeyd edərək, həyat yoldaşı ilə ianə etdiyini vurğulayıb.