Bu gündən etibarən Rusiyadan Azərbaycana gələn təyyarə reyslərinin dayandırılması tanınmış müğənni Damlanı çətin vəziyyətə salıb.
Bu barədə OLAY-a ifaçının prodüseri Şamil İbrahimov məlumat verib. O bildirib ki, Damla yollar bağlandığı üçün Rusiyadan Azərbaycana qayıda bilməyib.
“Hazırda Rusiyadayıq. Geri dönüş biletlərimiz ləğv olundu, amma burada məclislərimiz yenə var. Yollar nə zaman açılsa, o zaman geri dönəcəyik. Biz artıq öyrəşmişik. İnanırıq ki, tezliklə hər şey yoluna düşər”.
Qeyd edək ki, bu gündən etibarən beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.
Onu da bildirək ki, pandemiya dövründə sərt karantin rejimi zamanı uçuşlar ləğv olunanda da Damla prodüseri Şamillə birgə Rusiyadan gələ bilməmiş, aylarla orada qalmışdı.