Dünyaca məşhur ulduz Meray Keri Londondakı hotelindən çıxarkən tərzi və səmimiyyəti ilə diqqət çəkib.
OLAY yazır ki, qara bodi və dizə qədər uzanan çəkmələrlə görüntülənən ifaçı onu gözləyən pərəstişkarlarını unutmayıb. Onun xeyli çəki atması da gözdən yayınmayıb.
Keri hotelin qarşısında toplaşan izdihamlı fanat kütləsinə avtoqraf verərək, onların sevgi dolu qarşılamasına təşəkkürünü bildirib.