Əməkdar artist Gülzar Qurbanova ötən gün doğum gününü qeyd edən həyat yoldaşı, rejissor Elxan Cəfərovla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi 58 yaşı tamam olan əri ilə bərabər müxtəlif vaxtlarda çəkdirdiyi fotoları instaqram səhifəsində yayımlayıb.
Qurbanova Cəfərovu bu sözlərlə təbrik edib:
“Gördüyünüz şəkillərdə iki ürək var. Amma bir ritmlə döyünür. Baxmayaraq, biz fərqli ünsürlərik o torpaq(buğa), mən od (şir) - məhz bu ziddiyyət bizi bütöv edir. Həyat da bu cürdür ziddiyyətlərin harmoniyasından doğan bir vəhdət. Birimiz torpağın dərinliklərinə, digərimiz səmaların sonsuzluğuna tutan bir bağıq. Və bu görünməz, möhkəm bağ sayəsində yalnız ailə yox, bir mənəvi ocaq qurmuşuq. Bu ocaq həm də sənətə xidmət, ruhani bir amal üzərində yanır. Biz bu dünyanın ritmini torpaqla göyün birliyində, ahəngində yazırıq. Bu yolun, bu birliyin adı bir vəddir - Azərbaycan mədəniyyətinə verdiyimiz sadiq, səssiz vəd! P.S. Elxan gülümsəyib dedi: “Sən də məni təbrik eləsən, bu an tamamlanar”. Təbrik edirəm, kinomuzun Mauqlisi. Həyatının bu yeni başlanğıcı sənə uğur gətirsin”.