Bu gün məşhur cütlük İlkin və Aysel Həsənilərin evliliklərinin 8-ci il dönümüdür.

OLAY yazır ki, bu münasibətlə influenser instaqram səhifəsində paylaşım edib.

Aysel həyat yoldaşı İlkin ilə toylarında çəkilən fotosunu yayımlayaraq “25.04.2017… Nə az nə çox, düz 8 il… Yaxşı ki, sən…” şərhini yazıb.

Həmin şəkili İ.Həsəni ürək emojisi ilə öz səhifəsində repost edib.

Qeyd edək ki, cütlüyün Alisa adlı bir qızı və Rain adlı bir oğlan övladı var. 

“Nə az nə çox, düz 8 il…”