Çinli aktrisa Qao Liunun burnu çürüyüb.
OLAY yazır ki, bu haqda Qao sosial şəbəkə hesabında məlumat yayıb.
Burnunun formasını düzəltmək üçün 2020-ci ildə Quançjoudakı klinikaların birində əməliyyat üçün müraciət edən aktrisa ciddi fəsadlarla üzləşib.
Belə ki, əməliyyatdan sonra qan dövranı pozulduğundan Liunun burnunun ucu qaralmağa başlayıb.
Aktrisa dövlət xəstəxanasına müraciət etsə də müsbət nəticə əldə etməyib.