Dünyaca məşhur kanadalı müğənni Selin Dion Ukraynadakı hərbi əməliyyatlardan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqram sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd edib.
“Əziz cəsarətli Ukrayna xalqı, biz şokdayıq və kədərlənirik. Sizin cəsarətinizdən həqiqətən ruhlanırıq. Ürəyimiz sizinlədir. Sizə sülh üçün sevgi və dualar göndəririk”,- deyə Dion bildirib.