Hollivud aktyoru Kiani Rivz və sevgilisi Aleksandra Qrant gizli toy şayiələrinə səbəb olub.
OLAY “People” nəşrinə istinadən yazır ki, paparatsiyalar 60 yaşlı kino ulduzunu 52 yaşlı sevgilisi ilə görüntüləməyə nail olub.
Aşiqlər Londonu gəzib, daha sonra yerli restoranlardan birində nahar ediblər.
İnanılmaz dərəcədə xoşbəxt görünən Aleksandranın barmağını bəzəyən üzük diqqətdən yayınmayıb.
Qərb ənənəsinə görə gəlinlər sol əllərində zinət əşyaları taxırlar.
Rivzin pərəstişkarları bu xəbərə seviniblər.
Onlar iddia ediblər ki, aktyor və onun seçdiyi xanım nəhayət münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Kiani və Aleksandra 2011-ci ildə görüşməyə başlayıb, lakin cəmi səkkiz il sonra, 2019-cu ildə cütlük kimi ictimaiyyət qarşısına çıxıb.