Fotosessiya
Fotosessiya

“Yaşasaydı 49 yaşı olacaqdı...”

“Yaşasaydı 49 yaşı olacaqdı...”

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov mərhum reper Anar Nağılbazla bağlı paylaşım edib.

OLAY yazır ki, o, instaqram səhifəsində mərhumun doğum günü olduğunu yazıb.

Hacı Nuran illər əvvəl məkanların birində mərhum reper ilə birgə Xalq artistləri Brilliant Dadaşova, Ənvər Sadıqov, Brilliant Dadaşovanın bacısı oğlu ifaçı Cəmilində yer aldığı fotonu yayımlayıb. 

Həmçinin paylaşdığı şəkillər arasında A.Nağılbazın məzar daşı da yer alıb.

Hacı Nuran sözügedən görüntülərə Bu gün tanınmış reper, mərhum Anar Nağılbazın (Anar Rizvan oğlu Cəbiyev) (28.03.1976 – 04.08.2018) doğum günüdür. Yaşasaydı, 49 yaşı olacaqdı… Sözlər aciz və yetərsiz … Allah doğmalarına səbr versin!” şərhini yazıb.

Qeyd edək ki,  Ailə üzvləri bildiriblər ki, A.Nağılbazın ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.