Dünya şöhrətli rusəsilli supermodel İrina Şeyk Nyu-Yorkda dostu ilə küçədə gəzərkən paparatsiyaların obyektivinə tuş gəlib.
OLAY yazır ki, 39 yaşlı podium ulduzu geyim tərzi ilə yenə də diqqətləri üzərinə cəmləyib.
Belə ki, Şeyk üzərinə iri həcimli qara rəngli “bomber” gödəkçə, dəri ətək, “Nike”dan ağ uzun corablar və qara ayaqqabı geyinib.
Obrazın əsas “aksesuarı” isə İrinanın əlində bərk-bərk qucaqladığı kitab olub (Marina Abramoviçin “Divarlarla gəzinti” memuarı).