Dünyaca məşhur rus əsilli supermodel İrina Şeyk qızı Leya ilə Nyu-Yorkda gəzərkən görüntülənib.
OLAY yazır ki, ana – bala paparatsiyaların obyektivinə fərqli üslubda tuş gəlib.
Belə ki, 38 yaşlı podium ulduzu təpədən – dırnağa qaraya bürünüb, 7 yaşlı övladı isə çəhrayı libas, üzərinə “Santa Klaus” printli qırmızı sviter, çəhrayı çəkmələr və eyni rəngə kapüşonlu gödəkçə geyinib.
Qeyd edək ki, Leya İrinanın hazırda həmkarı Cici Hadidlə eşq yaşayan 49 yaşlı Hollivod aktyortu Bredli Kuperdən qızıdır. Şayiələrə görə, keçmiş sevgilisini Cici ilə tanış edən Şeyk olub, bunun nəyə gətirib çıxaracağını isə o gözləməyib.. Bredli artıq qızını Cici ilə tanış edib.