Fotosessiya
Fotosessiya

Di Kaprionun sevgilisindən yarıçılpaq pozalar

Di Kaprionun sevgilisindən yarıçılpaq pozalar

İtalyan supermodel və Leonardo Di Kaprionun sevgilisi Vittoriya Çeretti Fransanın “Vogue” dəb dərgisinin aprel buraxılışının siması olub. 

OLAY yazır ki, 26 yaşlı podium ulduzu dərginin üz qabığı üçün obyektiv qarşısına keçib.

Vittoriya bunun üçün “Louis Vuitton” markasına məxsus tayt və qızıl zinət əşyalarında çılpaq pozalar verib. 

Çəkilişlər zamanı model “Chanel”, “Gucci” və “Alaia” brendinə məxsus bir neçə geyimlərindən də istifadə edib.

Vittoriya həmçinin ilk dəfə Leonardo Di Kaprio ilə münasibətini şərh edib.

Çeretti müsahibəsində sevgilisinin adını çəkməsə də, 2023-cü ildən 50 yaşlı dünya şöhrətli Hollivud aktyoru Leonardo Di Kaprio ilə görüşdüyü məlum olub. Vittoriya Milanda görüşdüklərini, lakin o, “təfərrüatlara varmamağa” üstünlük verdiyini söyləyib.

Qeyd edək ki, Di Kaprio ilə görüşməzdən əvvəl Vittoriya artıq dünyanın ən uğurlu modelləri siyahısında idi: o, demək olar ki, bütün məşhur moda evləri üçün podiumda gəzib və əsas moda dərgiləri üçün fotosessiyaya çəkilib. Çeretti ilk dəfə 18 yaşında “Vogue” dərgisinin üz qabığına çıxıb və qazancını anası üçün mülk almaq üçün istifadə etdiyini bildirib.  

Model hazırda İtaliya və Los-Anceles arasında yaşayır, valideynləri və itləri ilə vaxt keçirmək üçün vətəninə qayıtmaqdan başqa heç nəyi sevmir. 2020-ci ildən 2023-cü ilə qədər Vittoriya DJ Matteo Milleri ilə evli olub. Onun İlon Maskın keçmiş sevgilisi, müğənni Qrayms ilə görüşdüyünə dair şayiələr yayılıb.