ABŞ-də ürək tutmasından sonra yaranan ağırlaşmalar səbəbindən vəfat edən türk sənətkarı Muazzez Abacının cənazəsi sabah İstanbula gətiriləcək.

OLAY yazır ki, Atatürk Mədəniyyət Mərkəzində(AKM) keçiriləcək vida mərasimindən sonra sənətçi vəsiyyətinə uyğun olaraq atasının yanında dəfn ediləcək.

Sənətçi 1,5 yaşında itirdiyi və "Sarı Bomba" ləqəbi ilə tanınan məşhur boksçu atası Oktay Bəyin yanında dəfn olunmaq istədiyini vəsiyyət edib. Atasının sevgisinə doya bilmədiyini tez-tez dilə gətirən Abacı bu arzusunun həyata keçirilməsini xüsusi olaraq tapşırıb.

Onun mirası ilə bağlı detal açıqlanmasa da, vəsiyyətin ailə daxilində diqqətlə yerinə yetiriləcəyi bildirilib. Abacının illərdir topladığı sənət irsinin və əmlakının kimə qalacağı ilə bağlı rəsmi məlumatın yaxın günlərdə paylaşılacağı gözlənilir.