Müğənni Şəbnəm Tovuzlu oğlu Əliyə ad günü keçirib.
OLAY yazır ki, sənətçi bu münasibətlə övladına paytaxt restoranların birində kiçik yığıncaq təşkil edib.
Məclisdən görüntüləri Şəbnəm instaqram səhifəsində “Canım oğlum, yaxşı ki, varımsan. Can parçam. Xoş gəldin ömrümə, ömür qatdın günlərimə” şərhi ilə izləyiciləri ilə bölüşüb.
Fotoların birində ifaçının qızı Günel də yer alıb. Lakin Şəbnəm onun üzünü ürək emojisi ilə gizlədib.