Fotosessiya
Fotosessiya

“Hamilə deyiləm” - Hadise

“Hamilə deyiləm” - Hadise

Türkiyənin tanınmış müğənnisi Hadise hamiləliyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

OLAY yazır ki, iş adamı Mehmet Dinçerler ilə evlənməyə hazırlaşan ifaçı hamilə olmadığını deyib.

O, bu barədə “2. Sayfa” proqramının instaqram səhifəsində şərh yazıb.

“Hamilə deyiləm, əvvəlcə möhtəşəm gəlinlik libasımı geyinəcəm. Sonra inşallah”,- deyə Hadise vurğulayıb.